"Lans" Fransa Kubokunun 1/8 finalında!

"Lans" Fransa Kubokunun 1/8 finalında!

Dünən axşam Fransa kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, "Bakı" klubunun prezidenti olan Hafiz Məmmədovun sahibi olduğu "Lans" öz meydanında birinci liqa təmsilçisi "Bastia"nı qəbul edib. "Lans" oyunun 63-cü dəqiqəsində hesabda geri düşsə də, əzmkar oyunla qalib gəlməyi bacarıb. Belə ki, qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha bir dəfə fərqlənən "Lans" növbəti mərhələyə vəsiqə qazanıb. Qeyd edək ki, "Lans"ın 1/8 finaldakı rəqibi hələlik məlum deyil.



21 yanvar

Fransa kuboku, 1/16 final

21:30. "Lans" - "Bastia" - 2:1
Qollar:
Hazar, 63 (0:1), Kavarriya, 88 (1:1), N'Diaye, 94 (2:1)

Bütün xəbərlər Facebook səhifəmizdə