Paytaxtımızda AİBA-nın komissiyalarının iclası keçirilir

Paytaxtımızda AİBA-nın komissiyalarının iclası keçirilir

Paytaxtımızda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) bütün komissiyalarının iclası keçirilir. Siasport.az saytının məlumatına görə, iclasda AİBA-nın prezidenti Çinq-Kuo Vu, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, digər ölkələrin federasiyalarının rəhbərliyi və nümayənləri də iştirak edirlər.

Öncə iclasın gündəliyinə daxil edilən məsələlər oxunub. Komissiyalar məsələləri müzakirə ediblər. Daha sonra isə həmin məsələlər İcraiyyə Komitəsində müzakirə olunacaq.

Çinq-Kuo Vu bildirib ki, iclasın əsas məqsədi boksu kütləviləşdirmək və gələcək yarışlar barədə müzakirələr aparmaqdır.

Daha sonra 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya kvotaları müzakirə edilib.

Nəzərinizə çatdıraq ki, iclas 3 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə