İtaliya "Milan"ının ərköyün futbolçusu olan Mario Balotelli, yenə maraqlı açıqlaması ilə gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, İtaliya mediyasına açıqlama verən M.Balotelli, əzəli rqibləri olan "Yuventus"un "bostanına daş atıb". Sən demə ulduz futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"ın "Yuventus"u məğlub edərək mübarizədən kənarlaşdırmasına çox sevinib: "Qalatasaray" - "Yuventus" matçının son 60 dəqiqəsini izlədim. İtaliya millisində oynayıram. "Yuventus" A seriyasında rəqibimizdi, amma orada yığmadan komanda yoldaşlarım var. Roberto Mançini də keçmiş baş məşqçimdi. Ondan çox öyrənmişəm. Düzü, matçı izləyərkən əvvəlcə tərəfsiz idim. Ancaq Sneyder qol vurandan sonra "Yuventus" üçün heç təəssüflənmədim. Mançininin çalışdırdığı komandanın qrupdan çıxmasına sevindim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB