"Xəzər Lənkəran"ın məşqində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi
"Xəzər Lənkəran" Antalyada keçirdiyi toplanışın dünənki məşqində "20 Yanvar" şəhidlərini yad edib. Siasport.az saytının məlumatına görə, meydanın mərkəzinə toplaşan məşqçi və futbolçu heyətinə 24 il öncə baş vermiş faciə haqqında məlumat verilib. Baş məşqçi Mustafa Dənizli qısa çıxış edərək Azərbaycan xalqının tarixində qəhrəmanlıq və mübarizə günü olan "20 Yanvar" ın heç bir zaman unudulmayacağını bildirib. Sonda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB