“Qəbələ” “Spartak”la "sülh bağlayıb"

“Qəbələ” “Spartak”la "sülh bağlayıb"

Türkiyədə qış təlim-məşq toplanışında olan klublarımızdan "Qəbələ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Siasport.az saytının məlumatına görə, komanda Qazaxıstanın "Spartak" klubu ilə qarşılaşıb. Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. "Qəbələ" oyuna qara sarğı ilə çıxıb. Əyalət təmsilçisi oyundan 1:1 hesablı bərabərliklə ayrılıb.

"Qəbələ" - "Spartak" (Qazaxıstan) - 1:1
Qollar:
Leonardo, 74-pen - Baurjan Turusbek, 63

Bütün xəbərlər Facebook səhifəmizdə