Yığmamız turnirə heç-heçə ilə başlayıb

Yığmamız turnirə heç-heçə ilə başlayıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş "2014 Mercedes-Benz Ege Kuboku" turnirində ilk oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Yunanıstan komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşıb. Amin Seydiyev 18-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün yığmamız oyunu azlıqda başa vurmalı olub.

Futbolçularımızın mübarizə apardığı A qrupunun digər matçında da qalib müəyyənləşməyib. Türkiyə və Ukrayna komandalarının qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

Yığmamız turnirdə növbəti oyununu bu gün, Bakı vaxtı ilə saat 16:30-da Türkiyə komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə