Xəbər verdiyimiz kimi, "Simurq" futbol klubu Antalya toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünə çıxmalı idi. Siasport.az saytının məlumatına görə, komanda Rumıniyanın "Vasluy" klubu ilə qarşılaşacaqdı. Ancaq oyunun başlanmasına az bir vaxt qalmış qarşı tərəf Zaqatala təmsilçisi ilə oynamaqdan imtina etdiyini bildirib. Səbəb kimi isə baş məşqçilərinin yetirmələrini ağır görüşə çıxartmaq istəməməsi qeyd edilib.
"Simurq" bu səbəbdən məcburən təlim-məşq proqramında dəyişiklik edib. Komanda bu gün növbəti yoldaşlıq görüşünə çıxacaq. Rəqib isə hazırda Tanzaniya çempionatının lideri "Young Africans" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB