Mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Rəvan" futbol klubu qardaş ölkədə olduğu 6-cı gündə ilk yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, "Miracle" mehmanxanasının idman kompleksində Braziliya təmsilçisi "Uniao" ilə qarşılaşan komanda əzmkar qələbə qazanıb.
Baş məşqçi Güvənc Kurtar start heyətində bu futbolçulara yer verib: Lukaş Sapela - Novruz Məmmədov (k), Aqil Nəbiyev, Mitya Moriç, Julio Sezar, Miloş Adamoviç, Mişel Balokoq, Tiaqo Mirasema, İvan Parlov, Mozes Lamidi, Xuan Manuel Varea.
Sonradan meydana daxil olanlar: Kamal Bayramov, Cəmşid Məhərrəmov, İvan Pexa, Hüseyn Axundov, Yamin Ağakərimzadə, Ceyhun Cavadov, Elvin Həsənəliyev, Kamil Nurəhmədov, Ayaz Mehdiyev, Orxan Lalayev.
İlk hissə bərabər mübarizə şəraitində keçib. Real qol vəziyyətlərinə görə rəqib üstün olub. Həmin epizodlarda Lukaş Sapela 2 dəfə inamlı oyunu ilə yadda qalıb. "Rəvan"da baxışda olan 5 futbolçunun hamısının meydana çıxması anlaşma səviyyəsini aşağı salıb.
Fasilədən sonra da azarkeşlər sərt və gərgin oyunun şahidi olublar. Hesabı rəqib açıb. Bununla belə, 69-cu dəqiqədə qol buraxan komanda 10 dəqiqəyə görüşdə dönüş yarada bildi. Əvvəlcə 75-ci dəqiqədə cərimə meydançasında əllə oyuna görə Ömər Paşayevin təyin etdiyi penaltini Kamil Nurəhmədov qola çevirib. 2 dəqiqə sonra isə Ceyhun Cavadov uzaqdan baxımlı qola imza atıb. Bu, matçda vurulan son qol olub və "Rəvan" "Uniao"nu 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, növbəti yoxlama oyunu yanvarın 22-də Rumıniya I Divizion təmsilçisi "Universitatya Krayova" ilə olacaq.
Xatırladaq ki, "Rəvan" daha öncə Bakı toplanışı çərçivəsində "Sumqayıt" (0:0) və "Araz Naxçıvan"la (1:0) qarşılaşmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB