"Xəzər Lənkəran" klubu Antalyanın Bələk bölgəsində qış təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, Türkiyə Superliqasında çıxış edən "Gənclərbirliyi" ilə keçirilən ikinci sınaq oyununda 0:2 hesabı ilə məğlub olan komanda matç sonrası istirahət etmədən yenidən məşqlərə başlayıb. Cənub təmsilçisinin heyətində zədəli futbolçular siyahısında olan Adrian Pits artıq komanda ilə birgə məşqlərə qoşulub. Ayağından zədə alan Etame Mbillanın isə maqnit-rezonans müayinəsindən sonra vəziyyətinə aydınlıq gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB