Yığmamız “Antalyaspor”u məğlub edib

Yığmamız “Antalyaspor”u məğlub edib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Siasport.az saytının məlumatına görə, "Antalyaspor" klubunun U-21 komandası ilə qarşılaşan yığmamız 5:3 hesabı ilə qələbə qazanıb. Türkiyə təmsilçisinin qapısına qolları Ümit Sönməz (2 qol), İlham Allahverdiyev, Elvin Camalov və Məhəmməd Qurbanov vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə