"Baku Fires" "Astana Arlans" üzərində qələbə qazandı FOTOSESSİYA - YENİLƏNİB
Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunda Azərbaycanın "Baku Fires" klubu Qazaxıstanın "Astana Arlans" komandasını qəbul edib. Siasport.az saytının Qubaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, baş məşqçi Nuripaşa Talibov 52 kq çəki dərəcəsində Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadəyə güvənib. Onun rəqibi Asiya oyunlarının finalçısı, London Olimpiadasının iştirakçısı İlyas Süleymanov olub. Təmsilçimiz 48:47 hesabı ilə qalib gəlib.
Dünya və Avropa çempionu Albert Səlimov (60 kq) isə WSB-nin ən təcrübəli boksçularından olan Samat Başenovla üz-üzə gəlib. Liqada 9 döyüş keçirən qazaxıstanlı dəri əlcək ustası bunların 7-də qalib gəlib. Buna baxmayaraq, A.Səlimov rəqibinə heç bir şans verməyib. Təmsilçimiz 50:45 hesabı ilə üstün olub.
69 kq çəki dərəcəsində "Baku Fires"in boksçusu Yevgeni Romaşkeviç Meirim Nursultanovla döyüşüb. Gərgin keçən döyüşdə boksçumuz 48:47 hesabı ilə qalib gəlib və komandamızın qələbəsini təmin edib.
"Astana Arlans" klubu Qubaya iranlı legioner də gətirib. London Olimpiadasının ¼ finalçısı Ehsan Rouzbahani 81 kq çəki dərəcəsində Ramazan Məhəmmədovla döyüşməli olsa da, idmançımız məşqdə zədələndiyindən onun əvəzinə rinqə ehtiyat heyətdən Samir Məmmədov çıxıb. Gənc boksçumuz birinci raundda qalib gəlsə də, ikinci raundda təəssüf ki, iki dəfə noqdaun olub. Məşqçilər döyüşü saxlayıblar və S.Məmmədov texniki nokautla məğlub olub.
Super ağır çəki dərəcəsində (+91) yarışan Ruslan Mırsatayevin də böyük təcrübəsi var. O, liqada 17 görüş keçirib və bunların 13-nü qələbə ilə başa vurub. R.Mırsatayev Pekin Olimpiadasının ¼ finalçısı olub. O, Azərbaycan təmsilçisi Hacı Murtuzəliyevlə döyüşüb. Boksçumuz 49:46 hesabı ilə qalib gəlib. Qeyd edək ki, 2010/2011-ci illər mövsümündə Məhəmmədrəsul Məcidov da R.Mırsatayevi məğlub edib.
Beləliklə, "Baku Fires" 4:1 hesabı ilə "Astana Arlans" üzərində qələbə qazanıb.
Qarşılaşan cütlükləri nəzərinizə çatdırırıq:
"Baku Fires" – "Astana Arlans" 4:1
52 kq. Elvin Məmişzadə – İlyas Süleymanov 48:47
60 kq. Albert Səlimov – Samat Başenov 50:45
69 kq. Yevgeni Romaşkeviç – Meirim Nursultanov 48:47
81 kq. Samir Məmmədov – Ehsan Rouzbahani (E.Rouzbahani texniki nokautla qalib gəlib)
+91 kq. Hacı Murtuzəliyev – Ruslan Mırsatayev 49:46
Elgün Vidadioğlu, Quba





.jpg)
.jpg)







.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB