Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunda "Baku Fires" klubu ilə Qazaxıstanın "Astana Arlans" komandası arasında keçiriləcək döyüşlərdə Azərbaycan klubunun heyətində gözlənilməyən dəyişiklik edilib. Siasport.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində Ehsan Rouzbahani ilə döyüşməli olan Ramazan Məhəmmədov məşqdə zədələnib. O, bu döyüşə çıxa bilməyəcəyinə görə, heyətə Samir Məmmədov daxil edilib.
Qarşılaşacaq cütlükləri bir daha nəzərinizə çatdırırıq:
"Baku Fires" – "Astana Arlans"
52 kq. Elvin Məmişzadə – İlyas Süleymanov
60 kq. Albert Səlimov – Samat Başenov
69 kq. Yevgeni Romaşkeviç – Meirim Nursultanov
81 kq. Samir Məmmədov – Ehsan Rouzbahani
+91 kq. Hacı Murtuzəliyev – Ruslan Mırsatayev
Elgün Vidadioğlu, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB