Şahmat Bakı 2015 Avropa Oyunlarının proqramına daxil deyil

Şahmat Bakı 2015 Avropa Oyunlarının proqramına daxil deyil

Dünən bir sıra kütləvi informasiya vasitələrində şahmat idman növünün Bakı 2015 Avropa Oyunlarının proqramına daxil edildiyi haqda məlumat yayılıb. Siasport.az saytının məlumatına görə, Bakı Avropa Oyunları Təşkilat Komitəsi məlumatı təkzib edir və xəbərin yanlış olduğunu bildirir.

İlk Avropa Oyunları 2015-ci ilin yayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Avropa Oyunlarında 18 idman növü - su idmanı, oxçuluq, yüngül atletika, badminton, basketbol 3x3, çimərlik futbolu, boks, kanoe sprinti, velosiped idmanı, qılıncoynatma, gimnastika, cudo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon, voleybol, güləş təmsil olunacaq və bu növlər üzrə keçiriləcək yarışların məkanlarının tikintisi artıq başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə