Futbol üzrə son Azərbaycan çempionu olan Bakının "Neftçi" klubu ilk transferini reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, "ağ qaralar" Rusiya "Lokomotiv"inin üzvü Samir Məsimovu heyətinə qatıb. Paytaxt təmsilçisinin Türkiyənin Antalya toplanışına 4 gün əvvəl qatılan hücumçu baxışda özünü yaxşı tərəfdən göstərdiyi üçün onunla müqavilə imzalanmasına qərar verilib. "Lokomotiv"in aşağı yaş komandasının üzvü ilə 3 illik anlaşmanın imzalanacağı gözlənilir. Yeni oyunçu bu gün Albaniya "Partizani"si ilə keçirilən yoxlama oyununda (2:0) komandasının ikinci qoluna imza atıb. Qeyd edək ki, Məsimov həm də Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB