" O, Fransadan və ya İspaniyadan deyil, Azərbaycandan gəlib"

" O, Fransadan və ya İspaniyadan deyil, Azərbaycandan gəlib"

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olan Berti Foqts, milli komandamızın futbolçusu olan Ruslan Abışov barədə danışıb. Siasport.az saytı xəbər verir ki, Kazan təmsilçisinin rəsmi saytına danışan almaniyalı mütəxəssis, R.Abışov kimi oyunçunun onun komandasında olmasından şad olduğunu deyib: "O, ən yaxşı futbolçularımdan biridir. Abışovdan nəyə görə klubda tez-tez oynamamasını soruşdum. Komandanın sabiq çalışdırıcısı Ruslana start heyətdə şans vermirdi. İnanıram ki, yeni baş məşqçinin rəhbərliyi altında o, özünü daha yaxşı göstərə biləcək. Ruslana uğurlar arzulayıram". Gənc oyunçunun millinin lideri olduğunu bildirən B.Foqtsin qeyd edib ki, R.Abışov "Rubin"də də liderlərdən olacaq: " O, cavan olduğu üçün xarici klublarda oynayıb, bir az təcrübə yığmalıdır. Ruslanda özünəinam hissi çatmır. Axı, o, Fransadan və ya İspaniyadan deyil, Azərbaycandan gəlib. Ancaq yenə də çox yaxşı yarımmüdafiəçidir".

Bütün xəbərlər Facebook səhifəmizdə