Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ilk sınaq matçını keçirib. Siasport.az saytı xəbər verir ki, son Azərbaycan çempionu Albaniya təmsilçisi "Partizan"ı sınağa çəkib. "Bakı" vaxtı ilə saat 19:00-da başlayan qarşılaşmada "ağ qaralar" rəqibi üzərində 2:0 hesablı qələbəyə seviniblər. Komandamızın qollarına Araz Abdullayev və Samir Məsimov imza atıblar. "Neftçi" növbəti yoxlama oyununu yanvarın 18-də keçirəcək. Rəqib isə İstanbul nəhəngi "Fənərbaxça" klubudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB