"Qarabağ" klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin müdafiəçisi Ansi Aqolli hazırlıq prosesini və çempionatı dəyərləndirib. O, məşqlərin qaydasında getdiyini bildirib: "Hazırlıq gözlədiyimiz kimi keçir. Heç bir problemimiz yoxdur. Başımızı aşağı salıb məşqlərimizi edirik. Artıq fiziki yüklənmələr artır. Bunu da normal qəbul edirik. Nə qədər yaxşı hazırlaşsaq, faydasını görəcəyik. Nəzərə almaq lazımdır ki, çempionatın 2-ci yarısı daha ağır olacaq. Həm kubok oyunları var, həm də Premyer Liqa matçları. Belə ki, hər kəs hazır olmalıdır. Bunu bütün komanda yaxşı başa düşür. Baş məşqçimiz hər məşqdən öncə bizimlə söhbət edib, yaxşı hazırlaşmağın vacibliyini vurğulayır.
Bu mövsüm demək olar ki, hamı bir-birindən xal alır. Biz də liderliyi son turda geri qaytardıq. Ona görə də hər şeyə hazır olmalıyıq. Daha az xal itirən komanda sonda sevinəcək. Təbii ki, sonda sevinənin "Qarabağ" olmasını istəyirəm. Bunun üçün ciddi hazırlaşırıq. Biz meydana hər zaman 3 xal üçün çıxırıq. Fəlsəfəmiz daim qələbə qazanmaqdır, uğursuzluqlardan məyus olmaq deyil. Nəticə çıxarıb qabağa baxmağa alışmışıq. Artıq 3 ildən çoxdur burdayam. Özümü bu ruha sahib əsl "Qarabağ"lı hiss edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB