Taekvondoçularımızın Qəbələdə təlim-məşq toplanışı başlayıb. Siasport.az saytının məlumatına görə, hazırlığa kişilərdən ibarət milli komandanın baş məşqçisi, Əməkdar məşqçi Ələkbər İmaməliyev, qadınlardan ibarət yığmanın çalışdırıcısı, Əməkdar məşqçi Gündüz Abdullayev və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 34 idmançı qatılıb.
Məşqlər gündə 2 dəfə olmaqla Qəbələ Olimpiya İdman Kompleksində keçirilir. Təlim-məşq toplanışı yanvarın 29-dək davam edəcək.
Böyüklərdən ibarət milli komandamızın ilk yarışı Misir Ərəb Respublikasında olacaq. Komandamız fevralın 11-dən 16-dək keçiriləcək "Luxor Open" turnirində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB