Xəbər verdiyimiz kimi, "İnter" klubu hazırda Türkiyədə təlim-məşq toplanışı keçir. Siasport.az saytının məlumatına görə, komanda dünən iki dəfə məşq edib. Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra ötürmələr üzərində çalışıblar.
Axşam məşqində isə futbolçular fiziki hərəkətlərlə yanaşı, xətlərarası əlaqələrin gücləndirilməsini nəzərdə tutan tapşırıqları yerinə yetiriblər və sonra iki şərti komandaya ayrılıb futbol oynayıbar.
Xatırladaq ki, bu gün komanda növbəti yoxlama matçını keçirəcək. "İnter"in rəqibi Almaniyanın 3-cü liqasında mübarizə aparan "Holşteyn Kil" komandası olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB