“Rabitə” 2 yeni voleybolçu transfer etdi

“Rabitə” 2 yeni voleybolçu transfer etdi

Bakının qadınlardan ibarət "Rabitə" voleybol komandası heyətini gücləndirməkdə davam edir. Siasport.az saytının məlumatına görə, Azərbaycan çempionu bu dəfə iki oyunçunun keçidini rəsmiləşdirib. Bakı təmsilçisi Kuba millisinin voleybolçuları Rozanna Giel Ramosu və Yoana Palasio Mendosanı heyətinə cəlb edib.

Blokçu olan R.Ramos 1992-ci il təvəllüdlüdür, boyu 187 santimetrdir. Kubanın "Cieqo de Avila" klubundan transfer olunan voleybolçu millisi ilə Panamerika, "Volley Masters" və "Qran-pri" yarışlarının gümüş medalını qazanıb.

Y.Mendosa isə komanda yoldaşı ilə müqayisədə daha təcrübəlidir və hücum xəttində müvəffəqiyyətlə oynayır. Son mövsümü yerli "Cuidad Habana" klubunda keçirən 24 yaşlı voleybolçu artıq 5 ildir ki, Kuba yığmasının formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə