"Xəzər Lənkəran" “Çaykur Rizespor”la heç-heçə etdi

"Xəzər Lənkəran" “Çaykur Rizespor”la heç-heçə etdi

"Xəzər Lənkəran" klubu Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, Türkiyənin Superliqa təmsilçisi "Çaykur Rizespor"la oyun "İC Santai" otelinin futbol meydançasında keçirilib və qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti sınaq oyununu yanvarın 18-də digər Superliqa təmsilçisi "Gənclərbirliyi"nə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə