İstanbulun "Qalatasaray" futbol klubunun hollandiyalı forvardı Uesli Sneyder, Hollandiya mətbuatına maraqlı açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu İstanbul klubunda özünü çox xoşbəxt hiss etdiyini deyərək, "Qalatasaray"la yeni çempionluq yaşamaq istədiyini dilə gətirib: "Burada çox xoşbəxtəm. "Qalatasaray" hazırda Avropada ən seçilən komandalardan biridir. Keçən il və bu il biz Avropada adımıza yaraşan futbol sərgiləyirik. Xüsusi ilə ardıcıl iki il UEFA Çempionlar Liqasında ardıcıl mərhələ adlamağımız, 1/4 final mərhələsinə qədər irəliləməyimiz olduqca xoş hadisədir. Türkiyə çempionatında da işlər pis getmir. Lider "Fənərbaxça"dan 8 xal geridə qalsaq da, bu fərqi aradan qaldıracaq gücdəyik." U.Sneyder, UEFA Çempionlar Liqasının 1\8 final mərhələsinin püşkü atıldıqdan sonra Joze Mourinyonun ona mesaj göndərərək, zarafatla "Bizi qarda buraxmayın" yazdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB