Azad Rəhimov: "Vüqar Həşimovun vəfatı Azərbaycan xalqı, ictimaiyyəti, idmanı üçün ağır itkidir"
"Vüqar Həşimovun vəfatı Azərbaycan xalqı, ictimaiyyəti, idmanı üçün ağır itkidir. O, uzun müddət idi müalicə olunurdu. Ancaq hamıya məlumdur ki, bu xəstəliyin müalicəsi yoxdur. Ölkə Prezidentinin xüsusi tapşırığına əsasən Dövlət Neft Şirkәti, Gənclər və İdman Nazirliyi tərəfindən bütün təşkilati məsələlər həll olunmuşdu və Almaniyada xüsusi klinikada müalicə aparılmışdı. Lakin biz artıq Vüqarı itirmişik". Siasport.az saytının məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov deyib.
O, mərhum şahmatçımızın daima yad olunacağını qeyd edib: "Düşünürəm ki, o bizimlədir. İdmançılar onu hər zaman yada salacaqlar".
Nazir dünya səviyyəli idmançının xatirəsinin əbədiləşdirilməsi haqda da danışıb: "Bilirsiniz ki, bu qərarı dövlət qəbul edir, nazirlik qəbul edə bilməz. Buna görə də hər hansı bir təklifi cənab Prezidentlə məsləhətləşmək vacibdir. Onun fikirləri və baxışı önəmlidir. Son iki gün ərzində V.Həşimovun adını daşıyan hər hansısa bir küçə, mərkəz, kompleksin olması ilə bağlı təkliflər gəlir. Ancaq hazırda hansı qərarın qəbul ediləcəyini deyə bilmərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB