İsmayıl İsmayılov: "Vüqar Həşimov Azərbaycan şahmatının inkişafında böyük rol oynayıb"
"Azərbaycan xalqına çox böyük itki üz verib. Dünyanın ən tanınmış şahmatçılarından biri olan Vüqar Həşimov vaxtsız vəfat edib. Azərbaycan şahmatının inkişafında, yeniyetmələr və gənclər arasında bu idman növünün təbliğində mərhum şahmatçımız böyük rol oynayıb. O, beynəlxalq aləmdə Azərbaycanı layiqli təmsil edib və böyük uğurlar qazanıb". Siasport.az saytının məlumatına görə, bu fikirləri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib. O, mərhum şahmatçımızın yaxınlarına baş sağlığı verib: "V.Həşimovun ailəsinə, doğmalarına və yaxınlarına baş sağlığı verirəm.
Dünyanın ən tanınmış, ən qabaqcıl şahmatçıları kədərləndiklərini bildirirlər, baş sağlığı verirlər.
Dövlət tərəfindən göstəriş verilib ki, mərhum şahmatçımız Azərbaycanda keçirilən bütün yarışların hamısında bir dəqiqəlik sükutla yad olunsun. V.Həşimovun xatirəsinə turnirlər də təşkil olunacaq.
Allah rəhmət eləsin!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB