Vüqar Həşimov son mənzilə yola salınır FOTOLAR

Vüqar Həşimov son mənzilə yola salınır FOTOLAR

Bu gün mərhum şahmatçımız Vüqar Həşimovla vida mərasimi təşkil olunub. Siasport.az saytının məlumatına görə, mərasim Respublika Şahmat Mərkəzində (RŞM) keçirilib.

Dünyada ən yaxşı şahmatçılardan olan qrossmeysterimizlə vidalaşmaq üçün ailəsi ilə yanaşı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi və əməkdaşları, tanınmış şahmatçılarımız, idman ictimaiyyətinin nümayəndələri, dövlət rəsmiləri və sıravi vətəndaşlar RŞM-ə gəliblər.

Vida mərsiminə toplaşanlar mərhum şahmatçımızla bağlı xatirələrindən danışıblar.

Qeyd edək ki, vida mərasimindən sonra mərhum şahmatçımız 3-cü Fəxri Xiyabanda dəfn olunacaq. Daha sonra isə Təzəpir məscidində ehsan veriləcək.

Xatırladaq ki, V.Həşimov son 15 il ərzində çoxsaylı beynəlxalq turnirlərin qalibi, dəfələrlə dünya kuboku yarışlarının iştirakçısı olmuşdu. Bu illərdə o, dünyanın ən güclü 10 şahmatçısı sırasında yer alırdı.

Mərhum şahmatçı 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. O, 2011-ci ildə İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuşdu.

Beynəlxalq qrossmeyster ağır xəstəlikdən sonra 11 yanvar 2014-cü il tarixində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə