“Xəzər Lənkəran” xorvat qapıçını transfer etdi FOTO

“Xəzər Lənkəran” xorvat qapıçını transfer etdi FOTO

"Xəzər Lənkəran" futbol klubu xorvat qapıçı Vyekoslav Tomiçi heyətinə cəlb edib. Siasport.az saytının məlumatına görə, 30 yaşlı Tomiç ölkəsinin RNK "Split", "Medimurye" və "Hayduk Split" klublarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatı yaşayıb. Türkiyə Superliqası təmsilçisi "Karabükspor"un heyətində 3 mövsüm ərzində 80-ə yaxın oyunda çərçivəni qoruyan qolkiperin son klubu Moldova "Şerif"i olub.

Qapıçı ilə "Xəzər Lənkəran" arasında bir il müddətinə müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə