Hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ" klubu toplanış çərçivəsində ikinci sınaq oyununu keçirib. Siasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" Qazaxıstan təmsilçisi "Tobol"la münasibətlərinə aydınlıq gətirib. "Qəbələ" matça bu heyətlə başlayıb:
David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, İbrahima Niasse, Nizami Hacıyev, Rafael Santos, Luis Hilario Dodo, Daniel Subotiç, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi.
İkinci hissə: Anar Nəzirov, Nikola Valentiç, Murad Musayev, Davron Erqaşov, Volodimir Levin, Ürfan Abbasov, Deyan Kelhar, Şirməhəmməd Məmmədov, Lorival Assis, Müşfiq Teymurov, Elvin Camalov.
Matçın ilk hissəsi "Qəbələ"nin açıq üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi kimi "qırmızı-qaralar" fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar. 18-ci dəqiqədə Daniel Subotiç, 23-cü dəqiqədə isə Viktor Mendi rəqibi məyus edib.
İkinci hissəyə fərqli heyətlə çıxan "Qəbələ" yenə topa nəzarət edən tərəf olsa da, fərqlənməyi bacarmayıb. Əvəzində Qazaxıstan təmsilçisi 90-cı dəqiqədə penalti zərbəsindən hesab arasındakı fərqi azaldıb - 2:1. Bu, matçda vurulan son qol olub və "Qəbələ" ikinci sınaq oyunundan qələbə ilə ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB