“Azərreyl” - “Uraloçka” matçı mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinin yad edilməsi ilə başlanacaq

“Azərreyl” - “Uraloçka” matçı mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinin yad edilməsi ilə başlanacaq

Yanvarın 15-də Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 1/4 final mərhələsi çərçivəsində Bakının "Azərreyl" komandası Rusiyanın "Uraloçka" kollektivini qəbul edəcək. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək oyun vaxtsız vəfat etmiş şahmatçımız, qrossmeyster Vüqar Həşimovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə