Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

18 yanvar 2014-cü il tarixində Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında sayca 17-ci beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də mübarizə apacaq.

Turnirdə müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.
Yarış "Abu-Arena" İdman Kompleksində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə