"Qəbələ" klubu ilə 1 illik müqavilə bağlayan qapıçı Anar Nəzirov açıqlama verib. Siasport.az saytının məlumatına görə, qolkiper komanda və məşq prosesi barədə fikirlərini açıqlayıb. O, yenidən "Qəbələ"nin sıralarına döndüyünə görə sevincli olduğunu bildirib: "Qəbələ" mənim üçün doğma klubdur. Yenidən keçmiş komandama döndüyümə görə sevincliyəm. Düzünü desəm, dönüşüm gözlənilməz oldu. Çalışacağam komandama yararlı olum, mənə bəslənən ümidləri doğruldum. "Qəbələ" rəhbərliyinin, azarkeşlərimizin bu mövsüm üçün yüksək hədəfləri var, kollektivdən uğur gözləyirlər. Digər komanda yoldaşlarım kimi gücümü ortaya qoyub uğur qazanmaq üçün səy göstərəcəyəm. Artıq "Qəbələ"nin düşərgəsində məşqlərə başlamışam. İnanıram ki, ikinci yarının startına kimi istənilən səviyyədə olacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB