Xəbər verdiyimiz kimi, "İnter"in əvəzedici komandası hazırda "Şəfa" stadionunda təlim-məşq toplanışı keçir. Siasport.az saytının məlumatına görə, əvəzedicilər daha 3 yoxlama matçı keçirəcək. Belə ki, komanda yanvarın 14-də "Sumqayıt", 17-də "Qarabağ" klubunun əvəzediciləri ilə üz-üzə gələcək. "İnter" yanvarın 22-də də meydana çıxacaq. Sonuncu oyundakı rəqibin adı yaxın vaxtda məlum olacaq.
Qeyd edək ki, bütün yoldaşlıq görüşləri "Şəfa" stadionunda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB