"Rəvan” "Araz Naxçıvan”ı məğlub edib

"Rəvan” "Araz Naxçıvan”ı məğlub edib

Mövsümün 3-cü dövrəsinə hazırlıqlarını davam etdirən "Rəvan" klubu Bakı toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, "Bayıl Arena"da komanda I Divizionun lideri "Araz Naxçıvan" ilə üz-üzə gəlib.

Maraqlı mübarizə şəraitində keçən qarşılaşma "Rəvan"ın qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu "Rəvan"da baxışda olan və ikinci hissədə meydana çıxan braziliyalı yarımmüdafiəçi Tyaqo Mirasema vurub. Bu qolda Hüseyn Axundovun əla ötürməsi həlledici olub.

Bütün xəbərlər Facebook səhifəmizdə