Berti Foqts “Simurq”un baş məşqçisi ilə görüşüb FOTO

Berti Foqts “Simurq”un baş məşqçisi ilə görüşüb FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və onun köməkçisi Volfqanq Rollf Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının məşqlərini və yoxlama oyunlarını izləyir, baş məşqçilərlə görüşlər keçirir. Siasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssislər bu dəfə "Simurq"un baş məşqçisi Georgi Çixradze ilə görüşüb, həmçinin komandanın məşqini izləyiblər.

Qeyd edək ki, millinin baş məşqçisi bundan əvvəl "Qarabağ", "İnter" və "Xəzər Lənkəran"ın oyunlarını və məşqlərini izləyib, komandaların baş məşqçiləri ilə görüşərək fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə