Xəbər verdiyimiz kimi, "Simurq" qış təlim-məşq toplanışı çərçivəsində Antalyada 4 yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Siasport.az saytının məlumatına görə, artıq komandanın iki rəqibi məlumdur.
Georgi Çixradzenin yetirmələri yanvarın 16-da Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan "Velbert" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Komandanın qardaş ölkədəki ikinci rəqibi isə Rumıniyanın "Vasluy" klubu olacaq. Zaqatala təmsilçisinin bu yoxlama görüşü isə yanvarın 19-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB