"Bakı"nın U-19-u Fransada

Xəbər verdiyimiz kimi, "Bakı" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası Fransanın Lans şəhərində 10 günlük təlim-məşq toplanışı keçirir. Siasport.az saytının məlumatına görə, "Lans"ın bazasında məskunlaşan Qəhrəman Əliyevin yetirmələrinin ilk məşqi yüngül qaçış və ötürmələrlə 1 saat davam edib.

Qeyd edək ki, təlim-məşq toplanışı çərçivəsində "Bakı"nın U-19 komandası 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə