Millinin baş məşqçisi klubların oyununu izləyir

Millinin baş məşqçisi klubların oyununu izləyir

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının məşqlərini və yoxlama oyunlarını izləyir, baş məşqçilərlə görüşlər keçirir. Siasport.az saytının məlumatına görə, "Qarabağ" və "İnter" klublarının oyunlarını və məşqlərini izləyən, həmin klubların baş məşqçiləri ilə görüşən millinin çalışdırıcısı dünən "Xəzər Lənkəran"ın məşqini izləyib və baş məçqçi Mustafa Dənizli ilə görüşərək fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə