Bir neçə gün əvvəl Nazim Süleymanovla yolları ayıran "Neftçi"nin yeni baş məşqçisinin adının nə zaman açıqlanacağı müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, bu barədə Qol.Az idman saytı məlumat yayıb. Xəbərdə deyilir ki, bu gün paytaxt təmsilçisinə yeni çalışdırıcı təyin olunacaq. Boş qalmış bu posta klubun keçmiş baş məşqçisi Böyükağa Hacıyevin gətiriləcəyi gözlənilir. Qeyd edək ki, B.Hacıyev ötən ilin iyul ayında Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya "Skenderbeu"suna məğlubiyyətin ardından istefa vermişdi.55 yaşlı mütəxəssis daha sonra klub prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsinə gətirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB