Roberto Mançini: "Qalatasaray" Avropanın ən yaxşılarındandır

Roberto Mançini: "Qalatasaray" Avropanın ən yaxşılarındandır

İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi olan Roberto Mançini, komandanın gələcək perspektivləri barədə maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, Antalyada jurnalistlərin suallarını cavablandıran italyan futbol mütəxəssisi qeyd edib ki, komandası həm UEFA Çempionlar Liqasında, həm Türkiyə çempionatında, həm də Türkiyə Kubokunda qələbə qazanmağa köklənib: "Hər üç cəbhədə mübarizə aparmaq olduqca ağırdır. Lakin komandamızın heyətində olan potensiallı futbolçular bizə imkan verir ki, öz məqsədlərimə çata bilək. "Qalatasaray" Avropada seçilən komandalardandır. Tam əminliklə demək olar ki, Avropada göstərdiyimiz bu oyunla ən adlı-sanlı komandaları arxada buraxırıq. Əminəm ki, yeni ildə daha yaxşı göstəricilərə sahib olub azarkeşlərimizi sevindirəcəyik."

Bütün xəbərlər Facebook səhifəmizdə