Qış təlim-məşq toplanışı üçün "Xəzər Lənkəran" klubunun əvəzedici heyəti Rusiyaya üz tutub. Siasport.az saytının məlumatına görə, Rusiyanın cənubunda yerləşən Krasnodar vilayətinin Krımsk şəhərində məskunlaşacaq gənclər, yanvar ayının 24-nə qədər hazırlıqlarını davam etdirəcəklər. Toplanış müddətində 5 yoxlama oyunu keçirəcək əvəzedici komanda daha sonra Lənkərana dönərək hazırlığını burada davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB