"İnter" "İnter"i məğlub etdi

Xəbər verdiyimiz kimi, "İnter"in əvəzedici komandası hazırda "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Siasport.az saytının məlumatına görə, Rüstəm Əliyevin yetirmələri gündə iki dəfə məşqə çıxırlar. Bu gün komanda toplanış çərçivəsində ilk yoxlama görüşünü keçirilib. "İnter"in U-19 komandası ilə üz-üzə gələn əvəzedicilər bu matçda inamlı qələbə qazanıblar - 5:1. Komandanın heyətində Bilal Qənbərov iki qolla yadda qalıb. Digər topları isə rəqibin qapısından Elnur Süleymanov, İlkin Sadiqov və Nəriman Hüseynov keçiriblər.

Qeyd edək ki, əvəzedici komanda toplanış çərçivəsində daha 3 yoxlama oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə