"Qarabağ" klubu hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində komanda dünən səhər çalışmasına yerli vaxtla saat 11:00-da çıxıb. "Qarabağ"ın səhər çalışmasında ənənəvi olaraq laktat testi keçirilib. Türkiyənin Niğde Universitetindən gəlmiş xüsusi qrup futbolçulardan təlim-məşq toplanışının startında ümumi fiziki hazırlığı müəyyənləşdirmək üçün test götürüblər. "Qarabağ"ın 2-ci məşqi yerli vaxtla saat 17:00-da baş tutub. Çalışma fitnes salonunda keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB