"Mançester Siti" futbol klubunun Fildişi Sahillərindən olan futbolçusu Yaya Ture, daha bir mükafata layiq görülüb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu "qalatasaray"lı Didye Droqba və "Çelsi"li Con Obi Mikeni qabaqlayaraq 2013-cü il üzrə "Afrikanın ən yaxşı futbolçusu" çükafatına sahib olub. 30 yaşlı futbolçu mükafat alması ilə bağlı jurnalistlərə yaşadığı hissləri bölüşüb: "Olduqca qürurverici günümdür. Bu cür mükafatı almaq hər futbolçuya nəsib olmur. Çalışacam ki, bundan sonrakı futbol həyatımda həmişə örnək futbolçu kimi yaddaçlarda qalım."-deyə Y.Ture fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB