"İnter" klubu Türkiyədə təlim-məşq toplanışı keçirir. Siasport.az saytının məlumatına görə, toplanışın 4-cü günündə komanda iki dəfə məşq edib. Səhər müxtəlif məsafələrə qaçış həyata keçirib. Axşam saat 17.00-da başlayan məşqə isə isinmə hərəkətləri ilə start verilib. Daha sonra futbolçular fiziki hərəkətləri yerinə yetiriblər və iki şərti komandaya bölünərək futbol oynayıblar.
Qeyd edək ki, "İnter" komandasının baş direktoru Natiq Məmmədov da artıq Türkiyədədir və hər iki məşq prosesini izləyib. Məşqdən əvvəl N.Məmmədov komanda üzvlərinə uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB