İstanbulun "Qalatasaray" futbol klubu, daha bir futbolçusunu icarə əsasında başqa komandaya göndərə bilər. Siasport.az saytı xəbər verir ki, ikinci Ronaldo kimi təqdim olunan portuqaliyalı Bruma, çox güman ki, mövsümün sonuna qədər başqa komandalarda çıxış etməli olacaq. Türkiyənin "Milliyet" qəzeti iddia edir ki, İtaliya A Seriyasının iki futbol klubu, portuqaliyalı gənc futbolçunu mövsümün sonuna qədər icarə əsasında öz heyətlərinə qatmaq üçün "Qalatasaray"la danışıqlara başlamaq istəyirlər. Qəzet iddia edir ki, baş məşqçi Roberto Mançini də gənc portuqaliyalının icarə əsasında başqa komandada çıxış etməsinə müsbət yanaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB