Cari mövsüm üçün Futbol oyun qaydaları Azərbaycan dilində

Cari mövsüm üçün Futbol oyun qaydaları Azərbaycan dilində

Ölkəmizdə keçirilən müxtəlif çempionatlarda iştirak edən hakimlərin nəzəri biliklərinin artırılması məqsədilə AFFA daha bir addım atıb. Siasport.az saytının məlumatına görə, FİFA-nın 2013/2014-cü il mövsümü üçün Futbol oyun qaydaları AFFA tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Xatırladaq ki, FİFA-nın Futbol oyun qaydaları ilk dəfə 2011-ci ildə Azərbaycan dilinə tərcümə edilmiş və AFFA tərəfindən nəşr olunaraq, hakimlərə, hakim-inspektorlara, Topaz Premyer Liqası və I Divizion klublarına verilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə