“Bakı” hazırlığa start verdi

“Bakı” hazırlığa start verdi

Qış tətilini başa vuran "Bakı" klubu bir araya gəlib. Siasport.az saytının məlumatına görə, plana əsasən komanda dünən iki məşq keçib. Saat 11:00-da klubun təlim-məşq bazasında baş tutan hazırlığa köməkçi məşqçi Mario Fernandes rəhbərlik edib. Öncə isinmə hərəkətlərinə yer verən çalışdırıcı ardından futbolçuları 3 qrupa bölərək meydanboyu qaçırdıb. Bir saatlıq yüngül və sürətli qaçışın ardından oyunçular dartınma hərəkətlərini icra ediblər. Bununla da "Bakı" yeni ildə ilk məşqini başa vurub. Saat 15:00-da isə futbolçular trenajor zalında çalışıb.

Xatırladaq ki, "Bakı" yanvarın 11-də İspaniyaya təlim-məşq toplanışına yola düşəcək. Yanvarın 26-na kimi İspaniyanın Marbelya şəhərinin "Quadalmina" otelində məskunlaşacaq komanda bu müddətdə 4 yoldaşlıq görüşü keçirəcək. Rəqiblərin adları yaxın günlərdə dəqiqləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə