"Bavariya" futbol klubu, daha bir futbolçu ilə heyətini gücləndirib. Siasport.az saytı xəbər verir ki, son Almaniya çempionu "Ayntraxt"ın (Frankfurt) futbolçusu Sebastyan Rode ilə müqavilə bağlayıb. Bu sözləşməyə əsasən 23 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunda azad agent olaraq Münhen təmsilçisinə keçəcək. Qeyd edək ki, alman futbolçu 2010-cu ildən Frankfurt təmsilçisində çıxış edir. Onun klubu ilə müqaviləsi mövsüm sonu başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB