Türkiyənin "Beşiktaş" klubu daha bir ulduz futbolçunu heyətinə qatmaq üşün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, Ronaldinyonu heyətinə qatmaq üçün uzun müddətdir ki, mübarizə aparan "qara qartallar", indi də bir başqa braziliyalının "izinə düşüblər". Türkiyə mətbuatı yazır ki, İstanbul təmsilçisi "Milan"ın futbolçusu Robinyonu icarəyə götürməyi planlaşdırır. "Beşiktaş" klubunun mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağı təqdirdə Robinyonu satın alacağı bildirilir. Lakin braziliyalı futbolçu ilə "Trabzonspor" klubunun da yaxından maraqlanması "qara qartal"ın işini çətinə salıb. Qeyd edək ki, Robinyo bu mövsüm keçirdiyi 19 oyunda 2 qola imza atıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB