Azərbaycan Super Liqası yarışlarının gümüş mükafatçısı Bakının qadınlardan ibarət "İqtisadçı" komandası iki voleybolçu ilə yollarını ayırıbr. Siasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinə hazırlaşan Bakı təmsilçisi çinli Kiuyue Vey və amerikalı Kim Vilouqbi ilə müqaviləni qarşılıqlı şəkildə pozub.
K.Veyin komandadan gedişi gözlənilən idi. Çünki argentinalı Romina Lamasın transferindən sonra komandada toppaylayıcıların sayı 3-ə çatmışdı ki, onlardan biri ilə yolların ayrılacağı planlaşdırılırdı. Baş məşqçi Bülənt Karslıoğlu da italiyalı Valentina Serenanı saxlamağı lazım bilərək, Asiya Çempionlar Liqasının üçqat qalibi ilə vidalaşıb.
Pekin Olimpiadasının finalçısı K.Vilouqbi isə "İqtisadçı"da özünü yaxşı tərəfdən göstərə bilməyib. Bunun üçün də klub rəhbərliyi ehtiyatda olan voleybolçu ilə yollarını ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB