“İnter” 5 yoxlama oyunu keçirəcək

“İnter” 5 yoxlama oyunu keçirəcək

Yanvarın 5-dən Antalyada qış toplanışına start verən "İnter" hazırlıq dövründə 5 yoxlama oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, yanvarın 11, 15, 18, 22 və 25-də meydana çıxacaq paytaxt təmsilçisinin üç rəqibinin adı artıq məlumdur. Kaxaber Sxadadzenin yetirmələri yanvarın 15-də Almaniyanın "Holşteyn Kil", 18-də Qazaxıstanın "İrtış", 25-də isə Almaniyanın digər təmsilçisi "Arminiya" klubu ilə qarşılaşacaq. "İnter"in yanvarın 11 və 22-də qarşılaşacağı rəqiblər yaxın günlərdə müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə